Namiq Qaraçuxurlunun həbsi: "Qoy sübut etsinlər"

Namiq Qaraçuxurlunun həbsi: "Qoy sübut etsinlər"

9 Avqust 2013 16:03
Bəyəndim (0) Bəyənmədim (0)

Milli.Az-a açıqlama verən Namiq Qaraçuxurlunun prodüseri Ataş Hüseynov meyxanaçının 15 gün bundan əvvəl həbs olunması ilə yayılan xəbəri kökündən təkzib etdi:"Yazıblar ki, hadisə 2 həftə bundan əvvəl baş verib. Və heç bir tutarlı fakt ortaya qoyulmayıb. Hansı instansiyaya lazımdırsa, müraciət edib, xəbəri yayanların cəzalandırılmasına çalışacağıq. Namiq hələ də bu söz-söhbətdən xəbərsizdir.Bu ancaq bizim düşmənlərimizin işi ola bilər. Özü də fikir verin, xəbərdə vurğulanır ki, bayram günü olduğu üçün məlumatı hüquq-mühafizə orqanlarından dəqiqləşdirmək mümkün olmadı. Görün özlərini necə sığortalayırlar.Qoy sübut etsinlər. Onsuz da fakt üzə çıxara bilməyəcəklər, çünki belə bir hadisə baş verməyib.Elə də uzaq olmayan keçmişdə Namiq boğazından əməliyyat keçirmişdi. O vaxt da şayiə yayılmışdı. Söhbətin sonuna qədər gedib kimin yazdığını dəqiqləşdirdik. Redaksiyadan dedilər ki, eşitdiyimizi yazmışdıq.Başa düşmürəm, biz də gündə yüz adamdan min cür xəbər eşidirik. Namiqin guya polisə aparılmasını yayanlar məqsədli şəkildə bizə zərbə vurmaq istəyiblər.Unudurlar ki, zərbəyə zərbə ilə cavab alacaqlar. Biz qanunlarla idarə olunan suveren dövlətdə yaşayırıq.Şər atan insanlar elə qanunlarla cəzalandırılacaqlar. Yazıda göstərilən polis bölməsinə də müraciətimiz olacaq.Yalan məlumatda adı hallanan bölmə əməkdaşları da mütləq şəkildə təkzib edəcəklər ki, xəbər kökündən yanlışdır.Kimin sifarişi ilə Namiq Qaraçuxurlu şərlənir? Bunu tez bir zamanda üzə çıxarmağa çalışacağıq. Oxucularınız da onların kim olduqlarını biləcəklər".

O.M.