N.Qaraçuxurlu həbs olundu

N.Qaraçuxurlu həbs olundu

9 Avqust 2013 12:19
1 276
Bəyəndim (0) Bəyənmədim (0)
Primadonna işə qarışdıqdan sonra...

Tanınmış meyxana ifaçısı Namiq Qaraçuxurlu polis tərəfindən saxlanılıb. Bu barədə AzNews.az-a hüquq-mühafizə orqanlarındakı etibarlı mənbədən məlumat daxil olub. Mənbənin məlumatına görə, N.Qaraçuxurlu iki həftə öncə Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb. Əməliyyatçılar tərəfindən saxlanılaraq, Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsinə gətirilən tanınmış meyxanaçı təxminən 10 saat burada saxlanıldıqdan sonra sərbəst buraxılıb.

Məlumatda bildirilir ki, bölmə rəisi N.Qaraçuxurlunu həbs etmək fikrindəymiş. Lakin xalq artisti İlhamə Quliyevanın polis bölməsinə gəlməsi, həbsin qarşısını alıb. Mənbə bildirir ki, İlhamə xanımdan öncə bir çox tanınmış sənət adamları rəisdən xahiş edib, lakin onların sözü eşidilməyib. Primadonna isə meyxanaçının "əfv" olunmasına nail olub. Mənbə iddia edir ki, gecəikən xalq artisti N.Qaraçuxurlunun arxasınca 16-cı polis bölməsinə gəlib. Bayram günü olduğu üçün məlumatı hüquq-mühafizə orqanlarından dəqiqləşdirmək mümkün olmadı.

Əslində, xəbərin polis və meyxanaçı tərəfindən təsdiq edilməsi inandırıcı deyil. Çünki meyxanaçının suçlu bilindiyi cinayətə rəğmən, onun sərbəst buraxılması qanun pozuntusudur. Onu da söyləyək ki, meyxanaçının hansı səbəbdən saxlanılması bizə bəllidir, bəzi məsələləri tam dəqiqləşdirdikdən sonra hadisənin detallarını da təqdim edəcəyik.

O.M.