"Etiraf edəcəm"

"Etiraf edəcəm"

9 Avqust 2013 12:05
Bəyəndim (0) Bəyənmədim (0)
"Xalqımı Ramazan bayramı münasibətilə təbrik edirəm"

Ötən gün işçi komandası ilə birlikdə restoranda istirahət edən xalq artisti İlhamə Quliyeva ekskluziv açıqlamalar verib.

Axşam.az-ın məlumatına görə, hər kəsin bayramını təbrik edən ifaçı, ilin sonuna kimi yaradıcılığı ilə bağlı qurduğu planlarından danışıb:

"Bayramı çox yaxşı keçirdirəm, heç bir xarici ölkəyə getmədim, vətənimdə qeyd edirəm. Çox xoşbəxt bir ölkədə yaşayıram, xalqımı Ramazan bayramı münasibətilə təbrik edirəm. Hazırda isə bacım Aida xanımla və işçi komandamla birlikdə yeməyə çıxmışam. Bu yayı Azərbaycanda dincəldim. Çünki gərgin işləyirəm.

Avqustun 17-də yaradıcılığımın 50 illik yubileyi ilə bağlı "Space" telekanalında 4 saatlıq canlı veriliş baş tutacaq. Həmin gün bir çox sayılıb-seçilən şəxslər mənim yanımda olacaq. Avqustun 25-də isə ürək əməliyyatı olunmağımın bir ili tamam olur. Onunla bağlı şəhərin restoranlarının birində təmtəraqlı məclis keçirəcəyəm. Ondan sonra Kiprə gedib, iki həftəlik dincələcəyəm. Orada bacım Aida xanımın villası var, onun evində qalacağam. Mətbuat katibim Faiq Ələkbərlini də özümlə aparacağam".

Dörd böyük solo konsert verməyə hazırlaşan xalq artisti önəmli bir etiraf edəcəyini deyib:

"Gəncə, Naxçıvan, Qəbələ və Kremlin Qurultaylar sarayında konsertim olacaq. Daha sonra isə Heydər Əliyev Sarayında hesabat konserti verəcəyəm. Dekabrın 21-də anam Tükəzban xanımım 90 illik yubileyidir. Bu günə kimi onun diski olmayıb. Mən də övladlıq borcumu yerinə yetirib, onun mahnılarından ibarət disk çıxardacağam".

"Sənətə albomla, kliplə gəlməmişəm"

"Mənim üçün albomun, klipin önəmi yoxdur. Çünki bu sənətə albomla, kliplə gəlməmişəm. O, vaxtlar mahnılarımızdan ibarət val çıxırdı. Mənim üçün ən dəyərli albom elə o valdır. İndi mənim hər çıxışım bir albomdur, klipdir. Bu ilin sonunda Tükəzban xanıma həsr olunan, Nadir Əzimovun bəstələdiyi "Payız yarpağı" adlı mahnıya klip çəkdirəcəyəm. Növbəti klipi isə Abbas Bağırovla ifa ediyimi "İncitmə qəlbimi" duetinə çəkməyi düşünürəm. Bütün bu işlərimi yekunlaşdırdıqdan sonra ilin sonunda hər kəsin qarşısında bir etiraf edəcəyəm. Bununlada 2013-cü ilə yekun vuracam".

O.M.