“Sevgilim Azərbaycanda nüfuzlu ailənin oğludur”

“Sevgilim Azərbaycanda nüfuzlu ailənin oğludur”

7 Avqust 2013 17:54
Bəyəndim (0) Bəyənmədim (0)

Oxumeni.az "Publika.az"a istinadən verdiyi məlumata görə, bu barədə ölkəmizə səfəri zamanı azərbaycanlı ər axtardığını söyləyən türkiyəli müğənni Ebru Polad bildirib.Müğənni sevgilisinin ərəb olmağı ilə bağlı xəbərə belə aydınlıq gətirib: "Sevgilim ərəb deyil. Ərəb ölkəsində yaşayan azərbaycanlıdır. Sözümdə durdum, azərbaycanlı bir kişi ilə birlikdəyəm və bir-birimizi çox yaxşı anlayırıq. Təbii ki, bir-birimizi sevirik. Özü də Azərbaycanın nüfuzlu ailələrindən birinin oğludur. Buradan da ailəsinin əllərindən öpürəm".Xatırladaq ki, Ebru Polad bir müddət öncə "Facebook" hesabında özünə Dubayda sevgili tapdığını yazmışdı: "Özümə yeni sevgili tapmışam. Dubayın ən nüfuzlu ailələrindən birinin varisidir. Onunla "Facebook"da tanış olmuşuq. Bu həftə onu ziyarət etməyə gedəcəm. Vallah xoşbəxtəm!".

O.M.