“Oğlumu universitetə gedənə qədər əmizdirəcəm”

“Oğlumu universitetə gedənə qədər əmizdirəcəm”

7 Avqust 2013 13:38
Bəyəndim (0) Bəyənmədim (0)

Müğənni Şakira oğlunu əmizdirməkdən böyük zövq aldığını deyib. 4 ay əvvəl ana olan Şakira "US Weekly" jurnalına müsahibəsində oğlunu əmizdirməyin həyatının ən yaxşı təcrübəsi olduğunu söyləyib: "Mən oğlumu əmizdirməyə heyranam. Onu əmizdirmədən dayana bilmirəm. Bu gedişlə oğlumu universitetə gedənə qədər əmizdirəcəm. Məndə əmizdirmə asılılığı yaranıb". Latın gözəli Şakira onu da bildirib ki, gələcəkdə oğluna super bir ana olacağına inanır: "Super bir ana olacağıma ümid edirəm. Oğlumla birgə çox rahatam".

O.M.