"Azərbaycandakı bütün rəqqasələr onları otellərdə az qala zorlayan sərxoş varlı kişilərdən əziyyət çəkirlər"

"Azərbaycandakı bütün rəqqasələr onları otellərdə az qala zorlayan sərxoş varlı kişilərdən əziyyət çəkirlər"

7 Avqust 2013 10:49
Bəyəndim (0) Bəyənmədim (0)

Gənc rəqqasə Nigar Köksal və gənc müğənnilər – Həmid Sultan Bəxtiyar Bilal bir müddət əvvəl mətbuata bundan sonra üçlükdə, "isveç ailəsi" kimi ("isveç ailəsi" üçlükdə yaşayanları adlandırırlar – red.) yaşayacaqlarını bildirmişdilər. Bu o qədər də müqəddəs olmayan "üçlük" hər kəsi o qədər şoka saldı ki, bu barədə xəbər sosial şəbəkələrin ən müzakirə olunan mövzusuna çevrildi.

Oxumeni.az Azərbaycanın qalmaqallı "üçlüyünün" Vesti.az-a verdiyi müsahibəni təqdim edir:

- Siz harada tanış olmuşsunuz?

Həmid Sultan:

- Restoranda, orada şou-proqramda iştirak edirdik. Arabir restoranlarda görüşürdük, beləcə də dostlaşdıq. Zaman-zaman anladıq ki, bir-birimiz olmadan yaşaya bilmərik, ona görə də, birlikdə mənzil kirələmək qərarına gəldik.

Nigar Köksal:

- Mən uşaqlarla qarşılaşdığıma görə təəssüf etmirəm. Onlar çox yaxşı oğlanlardır. Onları sevirəm.

- Çoxları hesab edir ki, siz bu yolla məşhurlaşmaq və mili şou-biznesə yol tapmaq qərarına gəlmişsiniz. Axı buna qədər sizi heç kim tanımırdı...

Nigar Köksal:

- İctimaiyyətin bu xəbəri necə qarşılamağı heç vecimə də deyil. Biz birlikdə yaşamaq qərarına gəldik, birlikdə mənzil də kirələmişik və artıq ikinci aydır ki, birlikdə yaşayır, bir çarpayıda yatırıq.

Bəxtiyar Bilal:

- Çoxları bizi bu hərəkətə görə utandıracaq, lakin şəxsən mən hər şeyə tüpürmüşəm.

Həmid Sultan:

- Biz demokratik ölkədə yaşayırıq, hər kəsin azad seçim hüququ var. Bu gün eynicinsli nikahlar dünyanın müxtəlif ölkələrində mövcuddur. Avropada artıq çoxdandır ki, eynicinsli nikahlarda yaşayırlar, həmçinin "isveç ailələri" də var.

Qeyd edim ki, "isveç ailəsi" heç də iştirakçılar arasında qrup seksini nəzərdə tutmur. Və mən düşünürəm ki, eyni cinsdən olan şəxslərin arasında münasibətlər neytral, platonik ola bilər. Bizə gəldikdə isə, bizim sevgimiz platonikdir (yəni, fizki yox, mənəvi – red.).

- Lakin siz Azərbaycana yaşayırsınız, bəs mentalitet? Heç utanmırsız?

Nigar Köksal:

- Burda utanmalı nə var ki? Yoxsa siz düşünürsünüz ki, milli şou-biznesdə hamı belə sadədir, mentalitetə uyğun hərəkət edirlər? Siz onların nə oyundan çıxdıqlarını heç təsəvvürünüzə gətirə bilməzsiniz. Sponsorlarla yatır, pula və şöhrətə görə alçalırlar. Heç bir rəqqasə deyə bilməz ki, pula görə alçalmayıb. Azərbaycandakı bütün rəqqasələr onları otellərdə az qala zorlayan sərxoş varlı kişilərdən əziyyət çəkirlər.

Sizə açıq deyim, pula görə mənim bir neçə sevgilim olub. Belə hadisə olub ki, keçmiş sevgilim mənim yeni avtomobilimi yandırıb. Maşından tez çıxdım, möcüzə nəticəsində sağ qaldım. Və mən qorxmuram ki, barəmdə nəsə deyəcəklər. İstədiyim kimi yaşayıram.

Bəxtiyar Bilal:

- Mənim üçün də asan deyil. Mən hər ifaya görə 20 manat alaraq, bir mahnını yüz dəfə oxumağa məcburam. Restoranın sərxoş qonaqları ifaçının da insan olduğunu heç düşünmürlər.

Mən yaradıcılığı seçmişəm, çünki bütün ömrüm boyu oxumağı arzulamışam, lakin təəssüf ki, pulsuz sən heç kimsən, buna görə də, restoranlarda oxumağa məcbur oldum. Qeyd edim ki, mən xalq və estrada mahnılarını ifa edirəm. Dəfələrlə beynəlxalq müsabiqələrdə iştirak etmişəm.

- Doğmalarınız sizin qərarınıza necə yanaşdılar?

Nigar Köksal:

- Onlar şokda idilər (gülür).

- Nigar, uşaqlarınız var?

- Mənim iki qızım var. Onların pula ehtiyaclarının olmaması üçün əlimdən gələni edirəm.

Həmid Sultan:

- Düşünürəm ki, onlar bizi başa düşəcəklər.

Bəxtiyar Bilal:

- Axı biz heç kimə mane olmuruq.

- Lakin siz gənclərin mənəviyyatını pozursunuz...

Nigar Köksal:

- İndi TV-də göstərilənlər bizim gənclərimizi pozmur? Müğənnilərin efirdə ağzına gələnləri danışması gəncləri pozmur?

- Lakin siz ağını çıxartdınız. Sizə elə gəlmir?

Həmid Sultan:

- Ola bilsin siz düz deyirsiniz. Amma əvəzində biz şou-biznesə yenilik gətirdik.

- Sizin yaradıcılığa yenilik gətirməniz daha yaxşı olardı...

Bəxtiyar Bilal:

- Tezliklə bu da olacaq.

- Siz qorxumursunuz ki, küçədə sizi daşa basacaqlar?

Həmid Sultan:

- Şərqdə çadranı atmış ilk qadın azərbaycanlı olub. O zaman onu da daşa basdılar, bu gün isə Bakıda şərəfinə 20 metrlik heykəl ucaldılıb.

- Siz düşünürsünüz ki, sizə də abidə qoyacaqlar?

Həmid Sultan:

- Niyə də yox?

Nigar Köksal:

- Mənə bu heç lazım da deyil. Mən istəyirəm ki, pula ehtiyacım olmasın, şou-biznesdə rahat "qabağa" gedə bilim.

Bəxtiyar Bilal:

- Bilirsiniz, "qabağa" getmək üçün müəyyən maneələrin olması çox incidir. Mən restoranlarda oxuyuram və orada heç də hamı məni qəbul etmir, çünki reklamım yoxdur.

- Və sonuncu sual. Siz uşaq dünyaya gətirmək istəyirsiniz?

Nigar Köksal:

- Mən sevgililərimin hər birindən övlad istəyirəm. Mənim artıq iki qızım var, indi isə oğlan uşaqlarını dünyaya gətirmək istəyirəm. Əgər onlardan doğmasam, o zaman bizim üçümüzü saxlayacaq sponsordan uşaq dünyaya gətirəcəm...

O.M.