Türkiyənin məşhur aktyorlarının həbsinin detalları

Türkiyənin məşhur aktyorlarının həbsinin detalları

6 Avqust 2013 13:22
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə polisinin apardığı narkotik əməliyyatı nəticəsində həbs olunan məşhurlara vasitəçilik edən şəxsin kimliyi bəlli olub.

Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, məşhur aktyorların narkotik almasında vasitəçi olanlar sırasındə ilk olaraq aktyor Eray Özbalın adı çəkilir. Özbalın evinin bağçasında yetişdirdiyi çətənə kolları və 5 kiloqram narkotik aşkar olunub.

Xatırladaq ki, dünən İstanbul Narkotik Polisinin apardığı əməliyyatlar nəticəsində Kənan İmirzalıoğlu, Nehir Ərdoğan, İlker Aksum, Gökçe Özyol, Şahin İrmak, Mehmet Erdem, Engin Altan Düzyatan, Engin Günaydın, Burçin Terzioğlu kimi məşhurlar saxlanılıb.