Emil Bədəlovun Səadəti...

Emil Bədəlovun Səadəti...

6 Avqust 2013 12:28
Bəyəndim (0) Bəyənmədim (0)

Müğənni Emil Bədəlov qızı Səadətlə birlikdə fotokamera qarşısına keçib.

"Atv maqazin" dərgisinə müsahibə verən sənətçi övladının ona çox bənzədiyindən danışıb:"Səadət eynən mənim uşaqlığımdır. Mən də körpəlikdə sarışın olmuşam. Amma gözlərinin mavi rəngini qızım nənə-babasına borcludur".

Emil balaca Səadətin musiqiyə meylli olduğunu bildirib:"Hər iki babası musiqiçi olduğu üçün bilirik ki, Səadət musiqiyə biganə deyil. Amma mən qızımın bu sənətdə yer almasını heç istəmirəm".

O.M.