Şaxo: "Yoxsa gələn müsahibələrdə mən sizə çox ilginc xəbərlər verəcəm həmin xanım haqqında"

Şaxo: "Yoxsa gələn müsahibələrdə mən sizə çox ilginc xəbərlər verəcəm həmin xanım haqqında"

6 Avqust 2013 09:42
Bəyəndim (0) Bəyənmədim (0)

Mc. Şaxo artıq anlayıb ki, heç kəsə yaxşılıq yoxdur. Səbəb isə bu sənətdə hər kəs özü üçündür: "Gənc olmağıma baxmayaraü nəzərinizə çatdırım ki , duet oxuduğum hər kəsə kömək etməyə çalışmışam. Bir çox yerlərdə özümlə bərabər onlara da uğur qazandırmışam, bu, iştirak etdiyim məclislərdən görünür. Bu faktdır, populyar bir müğənniyə pul verib, onunla duet oxuyan olub ki, heç sevilməyib. Amma mənimlə bir mahnını sintez edib oxuyan kimi hər yerdə həmin ifa səslənib. Həmin müğənni xanım bir dueti ilə tanındı, uğur qazandı, indı mənə təpik atır. Səbəb nədir, bilmirəm, yəqin ki, oxuyub bu yazını açıqlama verər mənə. Yoxsa gələn müsahibələrdə mən sizə çox ilginc xəbərlər verəcəm həmin xanım haqqında. Sənətdə gündəmə gəlmək üçün dostumdur deyir, sonra da mənə qarşı hörmətsizlik edir. Dostluq budurmu? Gülməli görünür, bilirəm, bundan sonra duet ortağı seçəndə də Səidə Dadaşova, Mehrim Məmədzadə kimilərini seçəcəm . Çünki dar günümdə başlarını çevirib getməsinlər, yanımda olsunlar".

Şəlalə Nəriman

O.M.