“Oxu məni” qəzetinin əməkdaşı “İlin operativ maqazin jurnalisti” seçildi

“Oxu məni” qəzetinin əməkdaşı “İlin operativ maqazin jurnalisti” seçildi

4 Avqust 2013 00:45
Bəyəndim (0) Bəyənmədim (0)

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "Show Production"nın təşkilatçılığı ilə və "Kral Rent A Car"ın sponsorluğu ilə "Star-2013" milli mükafatının sahiblərinə təqdimetmə mərasimi keçirilib.

Oxumeni.az-ın məlumatına görə, tanınmış teleaparıcılar Samir Bayramlı və İlahə Nizamiqızının təqdimatında başlayan tədbirdə ilk mükafat "Kral Rent A Car" şirkətinə təqdim olunub. Mükafatı şirkətin nümayəndəsi qəbul edib.

Daha sonra müxtəlif nominasiyalarla tədbirin aparıcıları Samir Bayramlı və İlahə Nizamiqızıyla yanaşı, jurnalistlər Fuad Mədətov, Zülfiyyə Qurbanova və başqaları təltif olunublar.

Saytlardan bizimbaku.ws mükafat alanalar sırasında olub.

Müğənnilər Yaşar Yusub, Günel Məhərrəmli, Sevinc Ağaşirinova, klarnet ifaçısı Zahid Qubadlı və başqa sənətçilərə də mükafat verilib.

Ölkədə mühafizə xidmətlərinə görə seçilən "Riyad" Mühafizə Xidməti də mükafata layiq görülüb. Mükafat idarənin şöbə rəisi Fuad Əliyevə təqdim olunub. Həmçinin F.Əliyev həm konsertlərin təşkil olunmasında, həm də konsertlərin mühafizə xidmətləri sahəsində gördüyü işlərin müqabilində mükafatlandırılıb.

Təşkilat komitəsindən oxumeni.az verilən məlumata görə, mükafatın təqdim olunmasında məqsəd 2013-cü ildə yeni-yeni layihələrlə öz pərəstişkarlarını sevindirənləri, hit mahnıların müəlliflərini, istedadı ilə digər həmkarlarından üstün olan aparıcıları digər həmkarlarından fərqləndirməkdir. Mükafat şou-biznes nümayəndələrinə, TV və radionun maqazin verilişlərinə, verilişlərin aparıcılarına, klipmeykerlərə, prodüserlərə, qəzet və internet portallarına və onların yazarlarına, model və modelyerlərə, rəqqas və rəqqasələrə təqdim olunur. Məlumatda o da bildirilir ki, sənətçilər arasında ən çox səs xalq artisti Aygün Kazımovaya gəlib. Sorğular sosial şəbəkələrdə və elektron poçt ünvanı vasitəsi ilə virtual formada həyata keçirilib.

Qeyd edək ki, oxumeni.az saytının mədəniyyət şöbəsinin müdiri Şəlalə Nəriman da "İlin operativ maqazin jurnalisti" nominasiyası ilə mükafata layiq görülüb.

O.M.