Bilal Əliyev: "Belə cəhənnəmə etdi!"

Bilal Əliyev: "Belə cəhənnəmə etdi!"

5 Avqust 2013 09:21
Bəyəndim (0) Bəyənmədim (0)
Xalq artisti qalmaqallar barədə açıqlama verdi

Son vaxtlar altı dəfə Allahın evini – Məkkəni ziyarət etmiş xalq artisti Bilal Əliyevin də adı nədənsə məhz Ramazan ayında qalmaqallarda hallanmaqdadır. O, həmkarı Əlikram Bayramovun, "Bilal Əliyevə kim 150.000 pul verib, toyuna gətizdirər? Bu, ağ yalandır. Bilal Əliyevə məsləhətim budur ki, belə reklamlara əl atmasın. Bu, absurd rəqəmdir", - deyə qınağından əsəbiləşdiyi üçün onun cavabını "Facebook"dakı səhifəsində verib:

- Mənim 150.000 manata toylara getməyimə narazılıq edən insanlara bir sualım var. Bəs xarici ölkələrdən gətirilən, hətta səsi olmayan sənənətçilərə xərclənən pullara niyə bir söz demirsiniz? Bəs bəzi əxlaqsız qadınları bizim başımıza qaldıran, "biz istəsək zibildən də yalançı sənətçi yetişdirərik", - deyən bəzi pullulara niyə cavab vermirsiniz? Axı bunun nəyi pisdir ki? Qoy mənim kimi sənətçilər də pullu adamların toyundan böyük miqdarda pul alaq və kasıbların toyunda pulsuz oxuyaq. Varlılardan aldığımız pulun bir hissəsini kasıblara xərcləyək. Sənətimizi də dünyada layıqıncə təbliğ edək".

Bundan başqa, Bilal Əliyev adının hallandığı "Məhəbbət üçbucağı"ndan da nəhayət ki, bəhs edib:

- Mən özümdən başqa heç kimin heç bir hərəkətinə cavabdeh deyiləm. Bütün varlığımla öz xalqıma bağlı adamam. Mənə görə qohum-əqrəbada belə kim nə hərəkət edirsə, yalnız özü cavabdehdir. Bəzi insanlar tanınmış simaların adından istifadə edib, öz çirkin əməllərrində istifadə edir. Misalçün, filankəsin qardaşı filan hərəkəti etdi, filankəsin bacısı oğlu filan hərəkəti etdi. Birdəfəlik hamınıza cavab verirəm: "Belə cəhənnəmə etdi!" Gedin özündən soruşun. Bəlkə dəlidir? Bəlkə o insanın heç şərəfi yoxdur? Bəlkə onların oturub-durduğu adam ermənidir? Bəlkə şəxsiyyətini pula satıb? Axı bir vicdansız adamın etdiyi hərəkətə görə başqa insan cavabdehdir? Xalqın gözü tərəzidir. Hər şeyi düzgün çəkidə ölçməyi yaxşı bilir.

Srağagün Gəncədə yerləşən "İmperial" şadlıq sarayında toyda olduğunu bildirən xalq artistinə Facebook dostları irad tutublar ki, Ramazan ayında toy keçirilməz! Həmçinin, onun bir Hacı kimi Ramazanda toya getməsi də iradların arasında yer alıb. Bütün bunlara Bilal Əliyev bu cür açıqlama verib:

- Mən bir gün də orucumu buraxmamışam. Hətta iki gün əvvəlcədən tutmuşam. Və bir gün də qəza etməmişəm. Gəncə toyunda oruclu vəziyyətdə oxumuşam. Vaxtlı-vaxtında namazımı qılıb, dualarımı oxuyuram. İslamda orucluq vaxtı toy etmək olar, lakin içki içmək haramdır. Odur ki, bəzi bölgələrdə içkisiz toy mərasimi keçirilir.

O.M.