"Can-cana"nın ifaçısı qəzaya uğradı

"Can-cana"nın ifaçısı qəzaya uğradı

3 Avqust 2013 09:52
Bəyəndim (0) Bəyənmədim (0)
"Dünən maşında olsaydım, indi həyatda yox idim!"

Dünən "Raboçi" prospektində hamının tanıdığı "Can-cana" mahnısının mahir ifaçısı Anar Qasımbəyli qəzaya düşüb. Bununla əlaqədar müğənni ilə əlaqə saxladıq Müğənnı Anar çox həyacanlı idi. O, hadisə ilə bağlı Oxumeni.az-a məlumat verdi: "Dünən təxminən saat 17-də "Volvo"nun mərkəzinə maşını aparırdım. Bu səbəbdən avtomobilimi yolun kənarında saxladım. Usta ilə birlikdə maşına tərəf gələndə bir də baxdıq ki, bir "İsuzi" markalı maşın hardasa 100 km sürətlə mənim maşınımı arxadan vurdu, 20 metr sürüdü və qarşıdakı digər maşına dəydi, sonra dayandı. Hal-hazırda şükür, səhhətim yaxşıdır. Şükürlər olsun ki, maşının içində deyildim. Allahımdan çox razıyam - yaxşı ki, ailə üzvlərimdən maşında olmayıb, yoxsa o maşından sağ-salamat qurtulmaq mümkün olmazdı. Allah qorudu bu orucluq ayında məni. Maşında olarkən qəza olmadı. Allaha borcluyam həyatımı. Məsləhətim budur ki, "Slavyanka" su daşıyan maşınlara nəzarət artsın, çünki maşını elə idarə edilər ki, yolu qoca-cavan, uşaq keçir, bir sürətlərinə fikir versinlər! Dünən maşında olsaydım, indi həyatda yox idim!"

O.M.