VİDEO: Rafetin Ezosu azərbaycanlı Səadət imiş...

VİDEO: Rafetin Ezosu azərbaycanlı Səadət imiş...

2 Avqust 2013 11:11
Bəyəndim (0) Bəyənmədim (0)
Azəri qızı Günelin həyatı yaşanıb...

Rafet El Romanla duet ifa edib məşhurlaşan Ezo ləqəbli qızın kimliyini araşdırılıb.

Məlum olub ki, Ezo da tanınmamışdan əvvəl sadə azərbaycanlı bir qız idi. Səadət adlı bu xanım bacısı ilə Bakı toylarında müğənnilik edirmiş. Rafetin Bakıda verdiyi konsertlərin birində iştirak edən Səadət səsi və oxuma tərzi ilə Türk sənətçisinin diqqətini cəlb edib. Onu bu sənətdə irəli getməyinə kömək edəcəyinə qərar verən Rafet Səadəti özü ilə Türkiyəyə aparır. Orada təhsilini artıran 23 yaşlı azərbaycanlı qız adını dəyişdirərək, Ezo kimi tanınmağa başlayır. Qeyd edək ki, onların birgə ifa etdikləri duet "Kalbinə sürgün" adlanır. Qısa zamanda məşhurlaşan mahnını Rafet Bakıdakı sonuncu konsertində Ezo ilə birgə ifa edib. /Show.az/

O.M.