"Məhəbbət üçbucağı"nda Bilal Əliyevin adı hallandı!

"Məhəbbət üçbucağı"nda Bilal Əliyevin adı hallandı!

1 Avqust 2013 23:31
Bəyəndim (0) Bəyənmədim (0)
"O, mənim bacım oğlu deyil!"

Bu gün saytımıza özünü müğənni kimi təqdim edən Həmid Sultan adlı birisi şərh yollayıb:

"Azərbaycanlı rəqqasə Nigar Köksal həyat yoldaşı, müğənni Bəxtiyar Bilal və məşuqu - ifaçı Həmid Sultanla bir yerdə yaşayır. "Vəziyyətimdən razıyam. Biz üçümüz - yəni Nigar, Bəxtiyar və mən birlikdə yaşayırıq. Çox xoşbəxtik. Mehriban ailə kimi dolanırıq. Buna görə heç kim heç nə deyə bilməz!"".

Şərhdən belə məlum olur ki, rəqqasə Nigar Bəxtiyarın həyat yoldaşıdır, eyni zamanda da Həmidin məşuqəsidir. Bu hadisəni Bəxtiyar bilsə də, vəziyyətə görə narazı deyil və həyat yoldaşını elə beləcə də qəbul edir. Qəbul etmək bir yana qalsın, onların üçü də eyni damın altında yaşayırlar.

Qeyd edilən kimi, Bəxtiyar "Bilal" ləqəbini götürüb və özünü xalq artisti Bilal Əliyevin bacısı oğlu kimi qələmə verir. Bu məsələyə aydınlıq gətirməkdən ötrü B.Əliyevlə əlaqə saxladıq. Doğrudur, özü birbaşa sualımızı cavablandırmadı, ancaq bu bu gün Facebookda topa tutulan bu kimi məqalələrin birində, "o, mənim bacım oğlu deyil!" – deyərək fikrini izah edib.

Bəlkə də həqiqətən də arvadı Nigarı məşuqu ilə bğlüşdürən "Bəxtiyar Bilal" Bilal Əliyevin bacısı oğlu deyil. Bəlkə də məlumat doğrudur. Sadəcə olaraq, B.Əliyev bu rəzalətdən utandığı üçün Bəxtiyara "day-day"lıq etmək istəmir?

Hər nədirsə, bu "məhəbbət uçbucağı"nı özündə əks etdirən, hətta vəziyyətdən son dərəcə razı qalan Nigar-Bəxtiyar-Həmid Azərbaycanda özləri demiş "yenilik" etdilər. Eyni zamanda da rəqqasə ilə müğənni əri və müğənni məşuqu şou-biznesdə də bir ilkə imza atmış oldular. Sonra Aygün Kazımova deməsin ki, Azərbaycan şou-biznesinə bütün yenilikləri mən gətirmişəm.

Allah qorusun!

O.M.