Nahid Emiloğlu: "Bunlar nə vaxt hazır olacaqlar?"

Nahid Emiloğlu: "Bunlar nə vaxt hazır olacaqlar?"

1 Avqust 2013 17:22
Bəyəndim (0) Bəyənmədim (0)
Yeni mövsümdə "Səs" silsilə konsertlərə başlayacaq

Nahid Emiloğlunun on ilə yaxındır ki, rəhbərlik etdiyi "Səs" təşkilatı dayanmadan fəaliyyətdədir. "Sentyabr ayının 1-dən 10-na qədər yerli sənətçilərimizin "Yaşıl Teatr"da konsertlərini təşkil edəcəm. Sonra yerli sənətçilərimiz deməsin ki, bizim konsertlər təşkil olunmur. Ən az 20 sənətçiyə demişəm, yenə də deyirlər, hazır deyilik. Görəsən, bunlar nə vaxt hazır olacaq? Maqazin verilişlərində sual verəndə isə, "bizə təklif gəlmir" və ya "türkləri gətirib burda ciblərinizi doldurursunuz", - deyirlər. Məncə, heç vaxt dəyişməyəcək bunlar", - deyə narazılığını bildirən N.Emiloğlunun dəstəyi ilə bir çox müğənnilərimizin "Yaşıl Teatr"dakı silsilə konsertlərinin siyahısını təqdim edirik:

1 sentyabr – Günay İbrahimli.

2 Sentyabr – Elton Hüseynəliyev

5 Sentyabr – Fərda Xudaverdiyevin təqdimatında musiqili tamaşa

6 Sentyabr – "Natiq" ritm qrupu

7 Sentyabr – əməkdar artist Mətanət İsgəndərli

8 Sentyabr – Sevda Yəhyayeva

9 Sentyabr – meyxanaçı Vüqar

10 Sentyabr – Rəqsanə İsmayılova

13 Sentyabr – Nadir Qafarzadə "Sən mələksən"

Konsertlərin biletləri münasib qiymətədir: 11 AZN-dən 33 AZN-dək və biletləri avqustun 2-dən etibarən şəhərin bütün kassalarından əldə etmək mümkündür.

Onu da əlavə edək ki, Ramazan bayramı münasibətilə də konsertlər təşkil edilib "Səs" tərəfindən:

9 avqustda Qəbələdə yerləşən "Qafqaz Sport Otel"də xalq artisti Alim Qasımov və qızı Fərqanə Qasımova , 10 avqustda isə Röya Ayxan və DJ Çina konsert proqramları ilə tamaşaçıların görüşünə gələcəklər.

O.M.