Arzu Mələk (Fərmanova) Moskvaya köçüb?

Arzu Mələk (Fərmanova) Moskvaya köçüb?

1 Avqust 2013 16:42
Bəyəndim (0) Bəyənmədim (0)
Müğənni söz-söhbətə aydınlıq gətirdi

Müğənni Arzu Mələyin (Fərmanova) Facebook sosial şəbəkəsindəki şəkilləri əks-sədaya səbəb olub. Belə ki, Moskva şəhərindəki fotosessiyası onu əməlli-başlı dilə-dişə salıb. Gəzən söz-söhbətə görə, A.Mələk artıq Rusiyaya köçüb. Digər mənbədən əldə etdiyimiz məlumatda isə bildirilir ki, guya o, Moskvada yaşayan biznesmen azərbaycanlı ilə ailə həyatı qurub və indən belə qurbətdə yaşayacaq. Bütün bunlara aydınlıq gətirməkdən ötrü Arzu xanımla əlaqə saxladıq. O, saytımıza bunları söylədi:

- Canım, hamı bilir ki, mən Məhərrəmlik və Ramazan aylarında digər sənətçilər kimi Rusiyanın Moskva və digər şəhərlərinə konsert proqramı ilə çıxış etməyə gedirəm. Bu aylarda Azərbaycanda toylar olmadığı üçün səfərə çıxıram. Bu, o deməkdir ki, mən Azərbaycanı tərk etmişəm? Mənim evim, işim, gücüm, illərlə əzab-əziyyətlə əldə etdiyim reklamım nəticəsində qazandığım məni sevən tamaşaçı auditoriyam – hamısı Azərbaycandadır. Mən bütün bunları tərk edərəmmi? Bu aylarda səfər etməyimin ən başlıca səbəbi də odur ki, mənim gəlir mənbəyim yalnız toylardandır. Orucluq və Məhərrəmlik aylarında Azərbaycanda gəlir mənbəyimin olmaması ilə əlaqədar Rusiyada oluram.

- Ramazan və ya Məhərrəmlik aylarında orda yaşayan azerilər toy edirlər ki?

- Yox, canım, yalnız konsertlərə.

- Belə qısa cavab verəndə sonra həmkarlarınız sizin kimiləri lağa qoyurlar ki, gedib toylarda, zallarda oxuyurlar, adını da qoyurlar ki, konsert proqramı ilə çıxış etdim.

- Mədəniyyət saraylarında olur, çox qismi müxtəlif restoran şəraitlərində olur. Təşkil edənlər bu işlərlə məşğul olan təşkilatçılardır. Bəzilərini də mənim şəxsi dostlarım təşkil edirlər. Müxtəlif məkanlarda. Ayın altısı qayıdıram Bakıya. Inşallah. Onundan toyların başlayır.

- Uğurlu yolçuluq.

Arzu Mələklə ilə qısa söhbətimizdən bəlli oldu ki, o, nə yenidən ailə qurub, nə də Moskvaya daşınmayıb. Ailə üzvləri bərabər müvəqqəti Moskvadadır. Atası və hətta məşhur "Mənə bir az ondan danış" adlı şeirin müəllifi, doğmaca qardaşı Vüqar Rahi də yənındadır. Dediyinə görə, Vüqarın səhhətində problemlər yaranıb, bu üzdən Moskvadakı həkimlərə müraciət etməyi düşünür.

Hazırladı: Könül Aypara