Bilal Əliyev onu qəzəbləndirənlərə ismarıc yolladı

Bilal Əliyev onu qəzəbləndirənlərə ismarıc yolladı

1 Avqust 2013 12:34
Bəyəndim (0) Bəyənmədim (0)
"Mən vergini vaxtında verirəm"

Xalq artisti Bilal Əliyevi yenə əsəbiləşdiriblər. O, Facebook sosial şəbəkəsi vasitəsilə qəzəbinin səbəbini dostları ilə bölüşüb:

"Bütün dostlarımı salamlayıram. Deyirəm, bu yad ünsürlərin işi-gücü qurtarıb, heç özləri də bilmirlər neyləsinlər. Deyirlər, Bilal Əliyev 150.000 manata toya gedirsə, dövlət Bilaldan vergi alsın. Siz bizdən narahat olmayın, biz hər nə qazanırıqsa, vaxtında vergisini ödəyirik. Mən bütün ömrümü xalqıma ləyaqətlə xidmət etmişəm, Və Allah qismət edərsə, qalan ömrümü də ləyaqətlə xidmət edəcəm. Şükr olsun Allahın böyüklüyünə. Həmişə halal zəhmətimlə pul qazanmışam. Yaxınlarıma, kasıblara həmişə əl tutmuşam. Neçə-neçə insanlara ev almışam. Hər il 10-dan çox qurban kəsib, kasıblara paylamışam. Neçə-neçə ziyarətgahlara qazancımın hüms-zəkatını vermişəm, altı dəfə Allahın evini ziyarət etmişəm, xəstələri müalicə etdirmişəm. Bir sözlə, pis gündə, yaxşı gündə həmişə xalqımla bir olmuşam. Sənətimlə də bütün zirvələri fəth etmişəm. Sənətin ən yüksək zirvəsi olan xalq artisti fəxri adına layiq görülmüşəm. Allahımdan çox razıyam, çox sükürlər olsun uca Allahıma", - deyə ürəyini bu yolla boşaldan xalq artisti bir növ onu qaralayan şəxslərə ismarıcını yollamış oldu.

O.M.