Rəqsanə oruc tutur

Rəqsanə oruc tutur

1 Avqust 2013 10:04
547
Bəyəndim (0) Bəyənmədim (0)

Ramazan ayında hər gün oruc tutub, duasını edən müğənni Rəqsanə İsmayılova müsəlman borcunu bayrama kimi davam etdirəcək.

"Qafqazinfo"ya müğənninin mətbuat xidmətindən daxil olan məlumata görə, hazırda Moskvada olan sənətçi sentyabrda yeniliklər edəcək. Bu səbəbdən o, avqustun 3-də Bakıda olacaq. Təşkilatçı Nahid Emiloğlunun sentyabrın 10-u və11-i Yaşıl Teatrda təşkil edəcəyi solo konsertə hazırlaşan sənətçi səhnədə tək oxumağı ilə deyil, təqdimatları ilə də yadda qalacaq.

"Ramazan ayı başa çatandan sonra Bakıdan İstanbula qayıdacam. Orada konsertin məşqləri başlayacaq. Hazırda isə çəkiləcək klipin geyimləri tikilir. İki klip çəkiləcək. Heyətlə sözləşməmiz olub. Qərara gəldik ki, klipin biri konsertimdə yeni albomumla birlikdə təqdim olunsun. Başqa sürprizlər də gözlənilir. Digər klipin yayımı sentyabrın sonuna nəzərdə tutulub. Klipin rejissoru Murat Küçükdür" – deyən Rəqsanə xanım Bakıda nəzərdə tutulan yaradıcılıq planlarının həllində prodüser Tolikin yanında olacağını diqqətə çatdırdı.

Sənətçi qızı Aysunun moda nümayişinin konsertin sonrakı günlərində baş tutacağını söylədi. Təşkilatı işlərdə Tolik Rəqsanə xanıma yardımçı olacaq.

O.M.