Gül bayramında Faiq Ağayevin çiçəyi çırtladı

Gül bayramında Faiq Ağayevin çiçəyi çırtladı

10 May 2011 11:31
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün ölkəmiz ikiqat bayram qeyd edir. Həm müstəqil Azərbaycanın yaradıcısı olan ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünü, həm də Gül bayramını. Amma diqqətinizə çatdırım ki, Faiq Ağayevin yaddaşında 10 May 2011-ci il tarixi indən belə üçüncü bayram kimi yadda qalacaq. Bəli, məhz bu gün - Çiçək bayramında xalq artistinin çiçəyi əməlli-başlı çırtladı. O, illərdir küsülü qaldığı və bu müddət ərzində ünvanına xoşagəlməz ifadələr işlətdiyi "ATV" telekanalı ilə barışdı.


Səhər saatlarında telekanala təşrif buyuran F.A. canlı yayımlanan verilişə qədəm basdı. Ulu öndərlə bağlı xatirələrini bölüşdükdən sonra ona ithaf olunmuş "Dahi" mahnısını ifa etdi. Ağadadaş Ağayevin damğasını vurduğu "Xalq Heydər deyir, Heydər xalq deyir" mahnısını da oxuyan müğənni sonda xalqı Gül bayramı münasibəti ilə təbrik edib, sağollaşdı. Düzdür, Faiq çox az müddətlik efirdə göründü. Amma baxışları ilə sanki, "mən hələ qayıdacağam!" - deyirdi.


Qoy gül bayramının ömrü gülün ömrü qədər qısa olmasın. İlin bütün günləri insanların həyatına gül təravəti saçsın...

Könül Aypara

O.M.