VİDEO-Zərdabda Manaf Ağayevi qəfəsə saldılar

VİDEO-Zərdabda Manaf Ağayevi qəfəsə saldılar

9 May 2011 17:20
Bəyəndim (0) Bəyənmədim (0)
Toy kütləvi konsertə çevrildi

Zərdab rayonunun Pərvanlı kəndində toyu idarə etmək üçün Manaf Ağayev dəvət olunmuşdu. Bütün kənd əhli toya deyil, sanki konsertə gəlmişdi. Həyətdə qurulmuş toy mağarı insanlarla o dərəcədə dolmuşdu ki, qonaqlar içəridə yer olmadığından həyətdə özlərinə yer tutmuşdular. Toy sahibinin toyunun konsertə çevriləcəyi sanki ona yuxu kimi gəlirdi. Manaf Ağayev unutmuşdu ki, toydadır. O, özünü böyük kütlə qarşısında konsert verirmiş kimi hiss edirdi. Amma xəbəri yox idi ki, kütlə onu ağaclardan düzəldilmiş bir qəfəsə salıb. Gecənin düşməsinə baxmayaraq insanların evlərinə getmək fikirləri yox idi, "Qəfəs şounun" qurtarmağını istəmirdilər. O gün "Kral" özünü "İmperatora" bənzədirdi. O, çılğınlığı ilə meşələrin şahı aslanı da xatırladırdı.


Gül ol, bülbül ol, qəfəsdə olma, amma oxu...

Mehriban Bəylərqızı

O.M.