VİDEO-Azərbaycanlı iş adamının toyunda erməni ifa etdi

VİDEO-Azərbaycanlı iş adamının toyunda erməni ifa etdi

9 May 2011 16:05
Bəyəndim (0) Bəyənmədim (0)
Gitaraçı Rəhman ermənini qucaqladı

Son zamanlar yerli şou-biznes nümayəndələri ilə ermənilərin sıx əlaqələri barədə bir neçə qalmaqal yaşandı. Tacir Şahmalıoğlunun problemi bitər-bitməz yenisi əlavə olundu. Əldə etdiyimiz məlumata görə, Rusiyanın Soçi şəhərində azərbaycanlı iş adamının toy məclisində də buna oxşar bir hadisə baş verdi.


Belə ki, bir çox sənətçilər bu toya dəvət almışdılar. O cümlədən Azərbaycandan gitara ustası Rəhman da məclisdə iştirak edirdi. Təəccüblüsü budur ki, toy sahibi klarnet çalmaq üçün əslən sumqayıtlı olan erməni Yuranı dəvət etmişdi. Yura Azərbaycan musiqilərini ifa edərkən gitarasında Azərbaycanın üç rəngli bayrağını gəzdirən Rəhman ona yaxınlaşaraq qucaqlayıb, təşəkkür etdi. Ancaq Yura ona əhəmiyyət verməyərək "öz musiqisini" ifa edirdi.


Heç bir maddi-mənəvi dəyərə malik olmayan erməni xalqı daim başqalarının dəyərlərinə təcavüz edir, özəlləşdirməyə çalışır. Milli mətbəx, folklor, musiqi və digər sənət növlərində buna rast gəlmək olur. Adətən biz azərbaycanlılar bununla mübarizə aparmağa çalışırıq. Bəzən mübarizəmiz nəticə verir, bəzən isə məğlubiyyətlə barışmalı oluruq. Lakin maraqlısı odur ki, bu haqlı savaşda bilərək və ya bilməyərək düşmənin dəyirmanına su tökənlər də tapılır. Onlardan biri də, dədə-baba torpağı ermənilər tərəfindən işğal olunmuş füzulili Rəhmandır.

Mehriban Bəylərqızı

O.M.


Diqqət: VİDEONUN ƏN MARAQLI KADRI 05 DƏQİQƏ 25 SANİYƏDƏN SONRA BAŞLAYIR. GİTARAÇI RƏHMANI ERMƏNİNİ QUCAQLAYARKƏN GÖRƏ BİLMƏDİNİZSƏ, DEMƏLİ, KADRIN ƏSAS YERİNİ GÖRMƏMİSİNİZ. BU DƏFƏ BİRBAŞ 05:25 DƏQİQƏDƏN ETİBARƏN İZLƏYİN. ONDA NƏ DEMƏK İSTƏDİYİMİZİ ANLAYACAQSINIZ.