Röyanın mahnısı Ağdamda Röyasız səslənib

Röyanın mahnısı Ağdamda Röyasız səslənib

9 May 2011 14:20
Bəyəndim (0) Bəyənmədim (0)
Sevda sükutunu bu cür pozdu


Keçmişdə sıx dostluq əlaqələri işlədən Röya Nəcəfova ilə Sevda Yəhyayeva arasından qara pişik keçib. Bu barədə yetərincə məlumatlısınız. "İndən belə heç kimi dəstəkləməyəcəyəm! Uğurlarımı yalnız özümlə paylaşacağam!" - deyən Röyaya əks tərəfdən ilk öncə heç bir cavab gəlməsə də, Sevda əməli ilə srağagün bombasını partlatdı! Belə ki, o, Röyanın doğulub boya-başa çatdığı rayona - bir qismi işğal altında olan Ağdama səfər etdi. Nadir Qafarzadə, İlahə İbadova ilə Ağdama yola düşən Sevda Quzanlı kənd sakinləri tərəfindən istiqanlılıqla qarşılandı. Deyilənə görə, müğənnilər üçün qurban kəsənlər də tapıldı. Ulu öndərin anadan olmasının 88 illik yubileyi ilə əlaqədar təşkil olunmuş konsert proqramında S.Yəhyayeva demək olar ki, repertuarındakı bütün mahnılarını ifa etdi. Hətta Röya ilə duet oxuduğu mahnılara da müraciət etdi. Amma bu dəfə həmin mahnılar Röyasız: solo şəklində səsləndi. Bax beləcə, Sevda əslində nəyə qadir olduğunu nümayiş etdirməyə çalışdı.


İndi Röya qalıb cavabsız. Yalnız Qaxda keçiriləcək konsertdə iştirak edərsə, Sevda ilə hesab bərabər ola bilər...

Könül Aypara

O.M.