Ell-Niki Düsseldorf meri ilə görüşüblər

Ell-Niki Düsseldorf meri ilə görüşüblər

9 May 2011 14:14
Bəyəndim (0) Bəyənmədim (0)


"Eurovision 2011" mahnı müsabiqəsinin keçiriləcəyi Düsseldorf şəhərinin meri Jon Ola Sand Azərbaycan təmsilçilərini qəbul edib. 20-dən çox telekanalın qatıldığı görüş son dərəcə yaddaqalan olub. Jurnalistlər təmsilçilərimizdən həvəslə müsahibə alıblar. Hətta onların nəinki Almaniyada, hətta Avropanın bir çox ölkələrində favorit olduqlarını da etiraf ediblər.


Eldar və Nigar azarkeşlərlə demək olar ki, bir-bir salamlaşıb, şəkillər çəkdirərək avtoqraf veriblər. Məlum olub ki, Azərbaycan nümayəndələri ilə baş tutan bu görüş "Eurovision" mahnı müsabiqəsinin ən səsli-küylü görüşü olub.


Sabah mənim ad günümdür. Hamı kimi onlardan da hədiyyə gözləyəcəm...

Könül Aypara

O.M.