Hollivudun ikicanlıları

Hollivudun ikicanlıları

9 May 2011 11:45
Bəyəndim (0) Bəyənmədim (0)


Hollivud ulduzları bir-bir hamilə olduqlarını açıqlayırlar. Ulduzların bir qismi ilk uşaqlarını qucaqlarına almağın, digərləri də ikinci dəfə ana olmağın xoşbəxtliyini yaşayırlar. Körpələri üçün iş həyatlarını bir kənara atan məşhurlar onların sağlam inkişafı naminə nizamlı yaşamağa diqqət göstərirlər. Hətta gecə həyatından uzaq dayanırlar. Hər gün mütəmadi olaraq idman edir, körpələri dünyaya gəldikdən sonra kino dünyasından bir neçə il uzaq duracaqlarını söyləyirlər.


Natali Portman

Gözəl aktrisa iyun ayında ilk dəfə ana olmağın həyəcanını yaşayacaq. Portman doğum sonrası bir müddət kino işlərini təxirə salacağını söyləyib.


Qata Hudson

Qata Hudson və musiqiçi Matthev Bellami cütlüyü ilk uşaqlarını iyul ayında qollarına alacaq. Hudson hamiləliyinin çətin keçdiyini bildirib.


Viktoriya Bekhem

Dördüncü dəfə ana olacaq moda gözəli qız anası olmağın həyəcanını yaşayır. Üç oğul anası Bekhem qızını iyul ayında qucağına alacaq.


Cessika Alba

Honor adında bir qızı olan gözəl aktrisa sentyabr ayında ikinci dəfə ana olacaq. Hamiləliyinin rahat keçdiyini söyləyən Alba "Honor da qardaşının olmasına sevinir" deyib.


Göydə hər gün milyonlarla yeni ulduz yaranır. Heç yerdəki ulduzlar da onlardan geri qalmır.

Tofiq Əliyev

O.M.