"Pişik" Günel "Qala" Ceyhunla eşq yaşayır?..

"Pişik" Günel "Qala" Ceyhunla eşq yaşayır?..

7 May 2011 17:19
Bəyəndim (0) Bəyənmədim (0)
"Söz vermişəm ki, dostumla eşq yaşamayacam!"

Başı qalmaqaldan ayrılmayan Pişik Günel /Ələkbərova/ yenidən söz-söhbətə hədəf olub. Bu dəfə onun adı "Qala" qrupunun solisti Ceyhunla bərabər çəkilməkdədir. Sosial şəbəkələrdə yer alan məlumata görə, Günel Ceyhunla eşq yaşayır. Məlumat haqda rəy öyrənməkdən ötrü "Pişiklə" əlaqə saxladıq. Özünəməxsus tərzdə qəhqəhə çəkən müğənni deyilənləri qəti şəkildə təkzib etdi:

- Nə danışırsınız? Nə eşq, nə macəra? Mənim sevgilim hal-hazırda yoxdur. Buna ehtiyac da yoxdur. Şükür Allaha, özüm qazanıram, ac-susuz deyiləm ki, bəziləri kimi sevgilinin hesabına yaşayım. Ceyhunla dostuq. Bu günlədə bir duet də yazdırmışıq. Onun hansı dostu mətbuata yayıb ki, biz sevgiliyik? Yəqin bizi mahnı üzərində işlədiyimizdən tez-tez bir arada görən ağzıgöyçəklər bu xəbəri yayıblar. Mən başıma gələnlərdən sonra özümə söz vermişəm ki, bir daha yaxın əlaqədə olduğum insanla, dostumla, ya tanışımla heç vaxt eşq yaşamayacağam.

- Bu günlərdə "Eurovision-2011" mahnı yarışması keçiriləcək. Azərbaycanı təmsil edəcək Nigar və Eldar haqda nə demək istərdin?

- Hər ikisi də çox zövqlü və istedadlıdırlar. Onlara inanıram və uğurlar arzulayıram. Məncə, lazımi yerlərdən birini tutacaqlar. Sizin qəzeti illərdir oxuyuram, yenicə açılmış saytınıza isə müvəffəqiyyətlər diləyirəm.


Biz də sizə rok musiqisinin dinamikası, repin ritmi, klassikanın romantikası və bozbaş mahnılarının toydakı populyarlığı qədər sevgi arzulayırıq...


Könül Aypara


O.M.