"İbrahim Tatlısəs öldü"

"İbrahim Tatlısəs öldü"

7 May 2011 16:31
Bəyəndim (0) Bəyənmədim (0)
Diqqət! Aldanmayın!


Milyonlarla adamın sevdiyi və onun üçün dua etdiyi xəstə bir sənətçinin pis vəziyyətindən istifadə edərək, onun üçün "öldü" xəbərini yazdılar. İnsanlıqdan çıxmış şəxslər "Facebook" istifadəçilərini seçdilər. "İbrahim Tatlısəs öldü" başlığı ilə sanki NTV kanalı tərəfindən hazırlanmış videolu xəbər ilk baxışda hər hansı bir xəbər linkindən fərqsiz görünür. Əslində, bir reklam tətbiqi olan bu saxtakarlıq xəbərinin düyməsinə basdığınızda sizin profilinizə də sıçrayır, divarınıza eyni mesajı qoyur və siyahınızdakı şəxsləri hədəf almağa başlayır.


Sizlərə tövsiyəmiz: bu cür skandal xəbərlərə əmin olmadan, xəbərin mənbəyini bilmədən tuşlamayın. Göndərilən virus olmasa da, viruslu əqidəli insanların məkrli planıdır...

Günel Həbib

O.M.