Ancelina Coli Bred Piti aldadır

Ancelina Coli Bred Piti aldadır

6 May 2011 17:07
Bəyəndim (0) Bəyənmədim (0)


ABŞ mətbuatında Ancelina Colinin Bred Piti aldatdığı haqda söz-söhbətlər yayılmağa başlayıb. Bomba təsiri yaradan bu xəbərdən sonra məşhur cütlükdən bir şərh gəlməməyi dedi-qoduları gücləndirdi. Bred Pitin evi tərk etdiyi də iddialar arasındadır.


Amerikan maqazin jurnalı "In Touch" bu həftəki üz qabığında Colinin Pitə xəyanət etdiyini açıqlayıb. İddianın əsl şokedici tərəfi isə Colinin sevgilisinin bir qadın olmasıdır. Ancelina Colinin Pitin şəhər xaricində olduğu zamanlarda bir qadınla görüşdüyü iddia edilib. Jurnal Colinin sevgilisinin adını açıqlamayıb. Onların Los-Ancelesdəki Ruzvelt Hoteldə görüşdüyü qeyd olunub.


Od olmayan yerdən tüstü çıxmaz...

Tofiq Əliyev

O.M.