Elxan Şirinov sabah sizin qonağınız ola bilər

Elxan Şirinov sabah sizin qonağınız ola bilər

6 May 2011 16:59
Bəyəndim (0) Bəyənmədim (0)
Avropa.az radiosu təəccübləndirməkdə davam edir

Çoxlarınızın sevə-sevə dinlədiyi Avropa.az radiosu yeni layihələri ilə dinləyicilərini sevindirməkdə davam edir. Hər həftə populyar müğənnilərdən biri ilə auditoriyanın görüşünə gələn sevimli radiomuz sabah yeni bir qonağa ev sahibliyi edəcək.


Belə ki, lirik mahnıları ilə qəlblərdə taxt quran Elxan Şirinov saat 15:00 da Avropa.az radiosunun canlı efirində "Qonağım ol" verilişinin qonağı olacaq. Bu proqramda müğənni heç yerdə demədiyi sözləri deyəcək, illərdir gizlətdiyi sirrinin üstünü açacaq. Həmçinin nostaljik və heç yerdə dinləmədiyiniz yeni mahnılarını ifa edəcək. Veriliş boyu dinləyicilər radionun internet saytı vasitəsilə müğənniyə suallar da verə biləcəklər. Əvvəlcədən onu deyə bilərik ki, sabahkı proqram son dərəcə maraqlı olacaq. Odur ki, Avropa.az - dan başqa heç kimə görüş təyin etməyin.


Əgər sabah saat 15:00 da imkan tapıb verilişi izləyə bilməsəniz, məyus olmayın. Avropa.az bütün dinləyicilərini nəzərə alaraq, verilişin təkrarını Bazar günü saat 15:00 da dinləmək imkanı yaradacaq.

O.M.