İbrahim Borçalı: "Borçalı ləqəbi qətiyyən Telliyə yaraşmır"

İbrahim Borçalı: "Borçalı ləqəbi qətiyyən Telliyə yaraşmır"

6 May 2011 14:20
Bəyəndim (0) Bəyənmədim (0)
Yeni alovlanan müğənni-aşıq qalmaqalı


İbrahim Borçalı ilə Telli Borçalı arasında təxəllüs üstündə narazılıqların olduğu haqda məlumat eşitmişdik. Deyilənə görə, Borçalı adını şou əhli arasında ilk olaraq özünə ləqəb götürmüş İbrahim məhz həmin adla tanındığını, brend olduğunu bildirir və onu heç kimlə bölüşmək istəmir. Məlumatı dəqiqləşdirmək üçün müğənninin özü ilə əlaqə saxladıq. Cavabları biz düşündüyümüzdən də sərt və birmənalı oldu.


"Hamı Tellini aşıq kimi tanıyır. Borçalı ləqəbi isə qətiyyən ona yaraşmır. Bu ləqəbi ilk mən götürmüşəm. "Unutmaq olarmı Borçalımızı" mahnısı tarixə düşüb. Bu adı daşımağa ən çox mən layiqəm. Borçalının qeyrətini ancaq kişi çəkə bilər. Ləqəbimlə qürur və fəxr edirəm. Telli aşıqdır, əsl borçalılı mənəm", - deyə açıqlama verən İbrahim Borçalı təxəllüsünü heç kimlə paylaşmayacağını qəti şəkildə bildirdi.


Qədim Borçalı yurdunda 700 minədək həmvətənimiz yaşayır. Bu isə o deməkdir ki, 700 min borçalılı var, İbrahim isə onlardan biridir...

Günel Əliqızı

O.M.