Hürrəm xəstəliyə tutulub

Hürrəm xəstəliyə tutulub

6 May 2011 12:45
Bəyəndim (0) Bəyənmədim (0)


"Muhteşem Yüzyıl"ın Hürremi - Məryəm Üzerlinin ciddi rejimli pəhrizə oturduğu deyilmişdi, amma...

Bəlli oldu ki, əsasən artıq kilolarına görə tənqid atəşinə tutulan aktrisa xəstəliyə tutulub. "Qluten enteropatisi" xəstəliyinin caynağına keçən bacarıqlı aktrisa hazırda müalicə almaqdadır. Adıçəkilən xəstəlik bağırsaqlardakı həzmin strukturunun pozulması, bu səbəbdən də qidanın əmilməsini əngəlləyən və incə bağırsaqda xoşagəlməzliklər meydana gətirən bir həzm sistemi xəstəliyidir. Xəstələr buğdadan, arpadan, çovdardan mütləq uzaq durmalıdırlar. Xəstəlik daha irəli yaşlarda qansızlıq, boy qısalığı, sümük zəifliyi və səbəbi bilinməyən qaraciyər xəstəliyi kimi çox müxtəlif əlamətlərlə də özünü göstərə bilir.


Deyəsən, Hürrəm obrazını canlandıran aktrisa tamaşaçıların qarğışına tuş gəlib...

Günel Həbib

O.M.