Heyvanlar üçün soyunan ulduz

Heyvanlar üçün soyunan ulduz

6 May 2011 12:44
Bəyəndim (0) Bəyənmədim (0)

Məşhur aktyor Corc Kluninin sevgilisi model Elizabetta Kanalis heyvanlar üçün soyundu. 32 yaşlı model heyvanlara etik qaydalar çərçivəsində davranılması üçün çalışan "PETA"nın kürk əleyhinə hazırladığı "Kürk geyincə çılpaq gəzirəm" şüarı ilə aparılan kampaniya üçün çılpaq poza verdi. İki ildir Kluni ilə birlikdə olan Kanalis, "Soyunmaq üçün daha yaxşı bir səbəb ola bilməz", - deyib. Küçədən götürüb baxdığı iti ilə poza verən italyan model, "çox kiçik idim, bir sənədli filmdə heyvanların öldürüldüyünü gördüm və əsla kürk geyinməməyə qərar verdim", - deyə danışıb.


Şou əhlidir, təki soyunmaq bəhanə olsun...

Tofiq Əliyev

O.M.