And içdi, avtomobil aldı

And içdi, avtomobil aldı

6 May 2011 12:18
Bəyəndim (0) Bəyənmədim (0)


Ən fədakar ana - Seda Sayan oğlunun xahişlərinə çox tab gətirməyərək, portmanatının ağzını açdı. Uzun müddət idi ki, "Lamborghini" sahibi olmaq istəyən oğul Can anasının ona hədiyyə etdiyi "Audi R8"ni satdı. Gəlirini cibinə qoyan oğul yeni avtomobilinin pulunu anasından istədi.


Yeni avtomobili almamışdan öncə oğlunun qarşısına şərtlər qoyan Seda ona sərxoş halda sükan arxasında oturmayacağına, yol qayda-qanunlarına riayət edəcəyinə dair and içdirdi. Anasının istəyini həyata keçirib and içən oğul Can qalereyaya gedərək ikinci əl "Lamborghini Gallarado" aldı. 350 min avronu bu avtomobil üçün havaya sovuran sabahların sultanının ağı-qarası - bircə oğlu sənədləşmə işləri bitər-bitməz yeni maşınının kefini asfaltda çıxaracaq.


Deyəsən, sabahların sultanının oğlu qızların qəlbinin sultanı olmaq istəyir...

Günel Həbib

O.M.