Çılpaq əsgər

Çılpaq əsgər

6 May 2011 11:17
Bəyəndim (0) Bəyənmədim (0)
"Əsgər getmək istəmirəm"


Həqiqi hərbi xidmətdən boyun qaçıran Bar Rafaelinin bu pozaları ölkəsində böyük səs-küyə səbəb olub.


Dünyanın məşhur israilli top-modeli Bar Refaeli illərdir təxirə saldığı əsgərliyi üçün, "Məncə, qadınların əsgər olması axmaqlıqdır. Yaşamadığım bir ölkədə niyə əsgərlik edim ki? Həyatımın geri qalan hissəsində imkan olduqca İsraildən uzaq duracağam. Vətənimə getməyəcəyəm", - deyə bildirib. Bütün ordunu - hökuməti qarşısına alan 26 yaşlı top-modelin tanıtdığı məhsullar da məhz bu səbəbdən elə rəflərdə çürüyür. Ona İsraildə boykot kampaniyası başladılıb.


Bu aralar sevgilisi Leonardo Di Kaprio ilə evlilik hazırlıqlarına başlayan Refaeli bir italyan jurnalı üçün əsgər uniformaları ilə obyekt qarşısına keçdi. Xaki rəngli şort, şalvarlarla büshaltersiz poza verən Refaeliyə xüsusilə israilli sağçılardan böyük reaksiya var.


Qeyd edək ki, İsrail qanunlarına görə, qadınlar da kişilər kimi əllərinə avtomat alıb, həqiqi hərbi xidmətlərini başa vurmalıdırlar. Bu, bir çoxları - eləcə də bizlər üçün qəribə görünsə də, unutmayaq ki, aslanın erkəyi, dişisi olmaz...

Günel Həbib

O.M.