Bu aktyoru kimə bənzədirsiniz?

Bu aktyoru kimə bənzədirsiniz?

5 May 2011 15:39
Bəyəndim (0) Bəyənmədim (0)


Ötən cümə günü nümayiş olunan "Thor" filmini izlədinizmi? İzlədinizsə, baş rola həyat verən Kris Hemsvorsun türk aktyoru Kıvanç Tatlıtuğa nə qədər bənzədiyinin fərqinə vardınızmı? Yox, əgər izləməmişsinizsə, o zaman məhz sizlər üçün aydınlıq gətiririk...

Bu ilin şübhəsiz ki, ən iddialı layihələrindən biri olan "Thor"' nəhayət ki, tamaşaçıların ixtiyarına verildi. Rejissor kreslosunda ingilis aktyor Kenes Brenecin oturduğu film Natalie Portman, Tom Hidleston və Kris Hemsvorsun iştirak etdiyi heyətlə göz doldurdu.

Kris Hemsvors - bu ada diqqət! Filmi izləyərkən yaraşıqlı aktyorun "Aşk-ı Memnu" serialı ilə məşhurluğunu artıran Kıvanç Tatlıtuğa nə qədər çox bənzədiyini fərq etməməyə imkan yoxdur. "Thor"un bəzi səhnələrində Kris tam bir Kıvanç profilini canlandırır. Baxışları, sarı saçları, çirkli saqqalı və qüsursuz fiziki vücudu ilə Tatlıtuğun sanki bir surətidir. Bir az araşdırma apardıqdan sonra bu ikilinin bir başqa ortaq xüsusiyyətini də kəşf etdik. Kris də, Kıvanç da 1983-cü il təvəllüdlüdür və 28 yaşları var. Avstraliyalı Kris Şir bürcünün nümayəndəsidir. Özünə etibarı olan, liderlik xüsusiyyəti ilə tanınır. Kıvanç isə 27 oktyabrda dünyaya gəlib. Əqrəb bürcünün daşıdığı cazibədarlığa sahibdir.


Deyirlər, insan dünyaya cüt gəlir. Maraqlıdır, görəsən sizin cütünüz haradadır? Bu haqda heç düşünmüsünüzmü?..

Günel Həbib

O.M.