İş adamı: "Nazpəri mənim adımı belə çəkməsin!"

İş adamı: "Nazpəri mənim adımı belə çəkməsin!"

30 Aprel 2013 10:02
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanlı iş adamı Mirəşrəf Fətiyev Nazpəri Dostəliyevaya sərt mesaj göndərib. Konkret olaraq o, Aznews.az-a açıqlamasında bunları deyib: "Mən İlhamə xanımla problemimi həll etdim. İndi bunu yenidən niyə qabardırlar? Nazpəri xanım mənim adımı niyə hallandırır? Mən bu dəqiqə mətbuat katibimə deyəcəm ki, bu məsələ ilə dərindən maraqlansın. Başa düşə bilmirəm, o, mənim adımı necə hallandıra bilər? Xahiş edirəm, mənim adımı ortadan yığışdırın".
Qeyd edək ki, xalq artisti Nazpəri Dostəliyeva "Qafqazinfo"ya müsahibəsində həmkarı İlhamə Quliyevanın azərbaycanlı iş adamı Mirəşrəf Fətiyevə 35 min dollarıq borc məsələsini yenidən gündəmə gətirib: "Mirəşrəf Fətiyevə başqa adam borcludur".

O.M.