Ebru Polata vurulan azərbaycanlı kimdir?

Ebru Polata vurulan azərbaycanlı kimdir?

29 Aprel 2013 11:07
Bəyəndim (0) Bəyənmədim (0)

Əməkdar incəsənət xadimi Baba Vəziroğlu türk müğənni Ebru Polata aşiq olduğunu deyib. Şair, müğənni Azərbaycana konsert vermək üçün gələndə onunla tanış olub və nəinki özünə, hətta yaradıcılığına da vurulub."Sözün düzü, türk musiqisini sevmirəm, odur ki, ona, demək olar ki, qulaq asmırdım. Verilişlərin birində Ebru xanımla görüşüb səsini eşidəndə anladım ki, çox şey itirmişəm. Biz onunla dostlaşdıq, fikrimcə, bu dostluq uzunmüddətli olacaq. Həmçinin bizi ortaq layihə də birləşdirəcək, çünki Ebru xanımla əməkdaşlıq etmək istəyirəm", - şair "ATV-maqazin" verilişinin efirində deyib.

O.M.