Rəqqasə Oksana: “O, mənim üçün ölüb!”

Rəqqasə Oksana: “O, mənim üçün ölüb!”

26 Aprel 2013 17:02
Bəyəndim (0) Bəyənmədim (0)
Hind gözəli yaxın beş ildə şəxsi həyatına vaxt ayırmayacağını dedi

Rəqqasə Oksana düz beş il şəxsi həyatına vaxt ayırmaq fikrində deyil. Bu barədə oxumeni.az-a açıqlama verən hind gözəli bütün meylini sənətinə saldığını bildirdi: "Hazırda yalnız karyeramı fikirləşirəm. Şəxsi həyatımda heç kim yoxdur. 5 il müddətində olmayacaq, heç fikirləşmirəm də". Rəqqasə sabiq həyat yoldaşı barədə danışmaq istəməsə də, bu mövzuya qarşı həssas olduğu qısa cavablarından hiss olunurdu. "Hazırda Elşad haqqında danışmaq belə istəmirəm, heç belə fikrim yoxdur, mən o kitabı bağladım. Sadəcə, yaralar qalıb ürəyimdə, heç bir sevgi hissi yoxdur, ola da bilməz" – deyən Oksana hətta Elşadı ölü adlandırdı: "Hamıdan da xahiş edirəm, mən o insandan ayrılmışam, o, mənim üçün ölüb, sual verməyin o haqda. Heç o tutulanda belə mənim vecimə olmadı, maraqlanmadım. Hindistanda idim, heç maraqlı olmadı mənim üçün". Sonda xanım rəqqasə yaxın gələcəyə olan planlarına toxunaraq dedi: "Həyat davam edir. İstəyirəm yeniliklərimlə tamaşaçılarımın qarşısına çıxım. Bu yaxınlarda Nail Naiboğlu Natəvan Həbibi üçün klip çəkir, orda iştirak edəcəyəm".

Sevgi var ki, tez alışır, yandırır,

Sevgi var ki, külü onu andırır.

Şəlalə Nəriman

O.M.