VİDEO: "Allah Musaya bir az qeyrət versin"

VİDEO: "Allah Musaya bir az qeyrət versin"

25 Aprel 2013 14:06
Bəyəndim (0) Bəyənmədim (0)
Əli Musayev...

Son günlərdə ailə qalmaqalları ilə gündəmə gələn Təranə Qumral və Musa Musayev cütlüyünün söz-söhbəti bitmək bilmir. Cütlük və baş verənlərdə əsas səbəbkar kimi adını hallandırdığı Musanın böyük qardaşı Əli Musayev ANS-in "Şoubiz" verilişinə müsahibə veriblər. Əli Musayev onların qalmaqalında Musayevlər ailəsinin səbəbkar olmadığını deyib: "Qoy Musa vicdanla danışsın. Hamı səni də tanıyır. Musayevlər ailəsindən heç birinin bu məsələdən xəbəri yoxdur. İnsan ailəsi haqqında belə sözlər danışmaz. Musanın anasından xəbəri yoxdu. 75 yaşlı anası ilə axırıncı dəfə haçan görüşüb bilmir. Nəslimizdə Cabbar kimi qeyrətli oğul yoxdur. İnsanda bir az qeyrət lazımdı. Allah təala o qeyrətdən Musaya da versin." Təranə Qumral və Musa Musayev isə öz növbələrində ayrılmalarında və dava-dalaşda Cabbar və Əlini, bir də anasını günahlandırıblar.

O.M.