VİDEO: Musa Musayev vəsiyyətnamə yazdı: "Nəyim varsa, hamısı ... "

VİDEO: Musa Musayev vəsiyyətnamə yazdı: "Nəyim varsa, hamısı ... "

25 Aprel 2013 13:59
Bəyəndim (0) Bəyənmədim (0)
"Qardaşlarım mənə yiyə durmayacaq, məni buralarda bir yerdə basdırarlar"

Təranə Qumralla evləndiyi üçün ailəsi tərəfindən atılan və tənqid atəşinə tutulan müğənni Musa Musayev hətta vəsiyyətnamə yazıb. ANS PRESS-in məlumatına görə, Təranə Qumralla baş verən narazılıqda qardaşlarını və anasını günahlandıran ifaçı "Şoubiz" verilişinə müsahibəsində son zamanlar özünü yaxşı hiss etmədiyini bildirib: "Ürəyimdə güclü ağrılar olur. Bu səbəbdən qorxuram ki, vəsiyyətnamə yazmağa vaxtım çatmaz. Bilirəm ki, mənə nəsə olsa, heç kimə lazım olmayacam. Anam və qardaşlarım məndən üz döndəriblər. Onlar məni heç görmək də istəmirlər. Yalnız həyat yoldaşım Təranə məni həyatımın ağır anlarında dəstəkləyir. Nəyim varsa, hamısını ona vəsiyyət edirəm".

O.M.