VİDEO: Kəmaləddin Heydərov da “Sənə görə” yazdı

VİDEO: Kəmaləddin Heydərov da “Sənə görə” yazdı

25 Aprel 2013 12:03
Bəyəndim (0) Bəyənmədim (0)

Röyanın ifasında səsləndirilən Hüseyn Abdullayevin "Sənə görə" mahnısı çoxlarına tanışdır. Bu mahnı yaxın keçmişdə hitə çevrilmişdi və bu gün də öz populiyarlığını saxlayır. Hətta həmin ifa Youtube-də Azərbaycan çərçivəsində ən çox izlənilən mahnı olmuşdu.Bu günlərdə daha bir "Sənə görə" mahnısı ifa olunub. Bu mahnının ritmi fərqlidir və oynaqdır. Mahnının bəstəkarı Kamaldır – nazir Kəmaləddin Heydərov. Sözlərinin müəllifi isə Baba Vəziroğludur. Mahnını gənc müğənni Afaq Aslan ifa edir.İki məşhur bəstəkarın eyni adlı mahnı yazmasına səbəb nə olub, bu aydın deyil. "Qafqazinfo" hər iki mahnını oxucularına təqdim edir: