Nazpəri Dostəliyeva dövlət televiziyasından qovuldu?

Nazpəri Dostəliyeva dövlət televiziyasından qovuldu?

24 Aprel 2013 13:26
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gün mətbuatda xalq artisti Nazpəri Dostəliyeva haqqında daha bir xəbər yayılıb."Qafqazinfo"nun məlumatına görə, onun Azərbaycan Dövlət Televiziyasında daha görülməyəcəyi deyilib. Xəbərdə telekanal rəhbərliyi tərəfindən Musiqili və Əyləncəli proqramlar departamentinə tapşırıq verildiyi deyilib. Nazpəri Dostəliyevanın prodüsseri Mikayıl Hüseynov xəbərlərin yalan olduğunu deyib: "Bir neçə gün əvvəl jurnalist zəng edib, email ünvanlarına belə bir məktub gəldiyini dedi. Nazpəri xanım isə xəbərlərin yalan olduğunu bildirib. Amma nədənsə bu gün götürüb belə bir şayiə yazıblar. Bu xəbəri yalnız Nazpəri xanım kimi sənətkarı gözü götürməyənlərdən kimsə göndərib. Nazpəri xanımın dövlət televiziyasına böyük hörməti var. Bütün tədbirlərində iştirak edib və bundan da sonra edəcək. Bu cür xəbərlərlə ara vurmasınlar".

O.M.