Cenifer evini 42 milyon dollara satır

Cenifer evini 42 milyon dollara satır

5 May 2011 12:40
Bəyəndim (0) Bəyənmədim (0)


Hollivudun ən populyar qadınlarından biri olan Cenifer Eniston Bred Pitdən ayrıldıqdan sonra yaşadığı malikanəsini satışa çıxartmaq qərarına gəldi. Beverli Hillsdəki villa 42 milyon dollar dəyərləndirildikdən sonra beləcə, evin rəsmləri internetdə göründü. Enistonun uzun illərdir müxtəlif dekorasiya dəyişikliyi ilə indiki halına gətirdiyi evinin 5 yataq otağı, 8 vanna otağı, hovuzu və s. var. 2006-cı ildə 13.6 milyon dollara aldığı evi sataraq "qabağa" düşmək istəyən ulduz qərarının səbəbini, "Bu ev yalnız bir qadın üçün çox böyükdür", - sözləri ilə qısaca açıqladı.


Cenifer sonuncu cümləsini işlətməklə, məncə, evi satmaqdan çox yalnız qalmamaq istəyini önə çəkmək fikrində olub...

Günel Həbib

O.M.