Kıvançın yeni serialı nə zaman başlayacaq?

Kıvançın yeni serialı nə zaman başlayacaq?

22 Aprel 2013 12:02
Bəyəndim (0) Bəyənmədim (0)
"Muhteşem Yüzyıl"...

Sözsüz ki, türk serial sektorunun son zamanlar parıldayan ən böyük starı Kıvanç Tatlıtuğdur. Xatırlayırsınızsa, aktyorun "Kuzey-Güney" bitər-bitməz seriallara ara verəcəyini, xaricə yollanacağı xəbərini sizlərə çatdırmışdıq. Lakin "Milliyet Tv'"dən əldə etdiyimiz xəbərə görə, Kıvançın bu tətili və istirahəti uzun çəkməyəcək. O, bu ilin dekabr ayında "Ay Yapım"la yenidən işbirliyi quracaq. İstehsalçı şirkət Kıvançla bağlı yeni bir layihə üzərində işləməkdədir.Geriyə qaldı nə - bu layihənin nədən ibarət olması. Çox keçməz, bu xəbərlə də sevindirərik sizi...

Digər xəbərə görə isə Kıvanç yeni mövsümdə bir müddət "Muhteşem Yüzyıl"da görünəcək. Onun serialda şahzadə Selimə (Sarı Selim) can verəcəyi gözlənilir.

Günel Həbib

O.M.