Müğənni Cavanşir Babəlioğlu narazılıq edir

Müğənni Cavanşir Babəlioğlu narazılıq edir

21 Aprel 2013 18:25
Bəyəndim (0) Bəyənmədim (0)

Əgər yadınızdadırsa, 2011-ci il iyulun 22-də, mehz Mətbuat günü ərəfəsində keçmiş jurnalist, bu gün isə müğənnni kimi fəaliyyət göstərən Cavanşir Babəlioğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə həsr olunmuş "El oğlu" layihəsini təqdim etmişdi.

Söz və musiqisini yazdığı sözügedən layihədə özüylə yanaşı, xalq artisti Nazpəri Dostəliyeva, əməkdar artistlər Aygün Hümmətova (Bəylər), İlqar Muradov, müğənnilər Elnur Məmmədov, Səidə Sultan, Xuraman Şuşalı, Mehrim Məmmədova, Kərim Abbasov, aparıcı Nəsib Nur və rəqqasə-qiraətçi Oksana Rəsulova da iştirak etmişdilər.
Təqdimatda isə müxtəlif mediya nümayəndələri ilə yanaşı, bir cox incəsənət, mədəniyyət xadimləri, millət vəkilləri və cəmiyyətin müxtəlif peşə sahibləri iştirak edib, səbəkara uğur arzulamaqla yanaşı, layihənin möhtəşəmliyini də qeyd etmişdilər. Təqdimatı müxtəlif televizya kanallarının (Aztv, Atv, Xəzər və İctimai tv) "Xəbərlər" proqramı nümayiş etdirsə də, klipin özünü bu günə kimi heç bir kanal nümayiş etdirməyib. Səbəbini C.Babəlioğlu özü də bilmir:
"2 il keçməsinə baxmayaraq, bu günə kimi susdumki, bəlkə insafa gələni olar, amma gördümki yox, tam əksinə susduqca elə bilirlərki, belə də lazımdı. Mən bu qədər əziyyət çəkib layihə hazırlamışamki, evdə saxlayım? Özlərinin, yaxınlarının, lazımsiz ifaçıların, keyfiyyətsiz işlərini təqdim edib, ağızdolu danışırlar, bizim haqqımızı tapdalayırlar, niyə? Kim bunlara belə haqq verib? Təqdimata Space və Lider telekanalları gəlmədi. Təqdimatdan dərhal sonra isə klipi bütün telekanallara təqdim elədim. İctimai televiziyadan Natiq adlı departament rəhbəri bildirdi ki, guya İctimai televiziyada siyasi yönümlü kliplər yayımlanmır. Halbuki müxtəlif bayramlarda belə kliplər nəinki ictimai televiziyada, bütün telekanallarda yayımlanır. Aztv-dən hər kəsin yaxşı tanıdığı Nadir Axundov bu günə kimi də zənglərimə cavab vermir. Lider televiziyasında ötən il baş prodüsser vəzifəsini icra edən Emin adlı şəxs məndən bu klipin yayımına görə ödəniş aparmamı istəmişdi, mən isə belə bir imkanimin olmadığını bildirəndə, klip sözügedən kanalda da yayımlanmadı. Sonra eşitdimki Emini işdən çıxarıblar, yenidən klipi təqdim elədim, bu günə kimi hələ də Liderin efirində klipi gördüm deyən olmayıb. Atv kanalının keçmiş rəhbərliyi də eyni qaydada klipi nümyiş etdirmədi, yeni təyin olunan rəhbərliklə əlaqə yaratmaq üçün departament rəhbəri Rauf bəyin də görüşünə düşmək müşkül məsələyə çevrilib, zənglərimə cavab vermir. Xəzər telekanalının musiqi departamentinə təyin olunan yeni rəhbər Səbuhi bəy də həmçinin zənglərimə cavab vermir. Başa düşə bilmirəmki, rəhbər vəzifəsinə təyin olunan şəxslər öz kreslolarından niyə sui istifadə edirlər? Maraqlı burasındadıkı, televiziyada çalışan dostlarım deyirki, indi kanallarda hər şeyi tapşırıq həll eləyir, çalış səni də kimsə tapşırsınki, (yəni "day-day"ın olsuki,..) yolların açılsın. Başqa cür bunlar səni qəbul etməyəcəklər, ya da pul hesabına kanallara yol tapa bilərsən. Mənim o qədər pulum hardandıki, telekanallarda özümü reklam elətdirim? Birdəki reklam mənim nəyimə gərəkdi axi? Mənim mahnım nümyiş olunsun. Əvvəllər müğənniləri qınayırdımki, bunlar niyə əyri yollarla pul əldə etmək istəyirlər, indi başa düşürəmki, telekanallarda hər şeyi pul və tapşırıq həll eləyirsə, müğənni neyləməlidirki, telekanallarda sənətini nümayiş etdirsin? Məcburduki, hansısa yolla pul əldə edib, efirə çıxsın... Çünki efir olmadan müğənni özünü necə göstərə bilər?
Qaldıkı, ürəklə mahnı yazasan, əziyətlə klip çəkdirəsən, təqdimat edəsən, axırda da belə vəziyətə düşəsən... Mən bununla bağlı hara lazımdəsa, şikayət edəcəm, yəqinki, həqiqət öz yerini tapar. Bu qədər də özbaşnalıq olmaz!Ölkə rəhbərinə aid gözəl mahnı yazasan, klip çəkəsənki, xalqa nümayiş olunsun, mahnının, klipin yayımına hansısa efirə təyin olunanlar mane olsunlar, bu hansı kitabda yazılıb?

O.M.