Oğlu Rəşad Dağlını təbrik etdi...

Oğlu Rəşad Dağlını təbrik etdi...

21 Aprel 2013 18:13
Bəyəndim (0) Bəyənmədim (0)
Bu gün meyxanaçının ad günüdür

Bu gün meyxana aləminin ustadı, söz xiridarı Rəşad Dağlının /Əmirov/ ad günüdür. Onu təbrik etmək üçün əməkdaşımız meyxanaçı ilə əlaqə saxladı. O, bu şad gününü ailəsi və yaxın dostları ilə qeyd edəcəyini bildirdi: "İlk məni təbrik edən oğlum Vaqif oldu. Buna görə çox xoşbəxtəm. Allah hamıya qismət eləsin! Ad günümü - 29 yaşımı ailəmlə birlikdə qeyd edəcəm. Daha sonra isə yaxın dostlarımın ətrafında olacam. Ola bilsin ki, gözəl guşələrimizdən birinə yollandıq. O ki qaldı hədiyyəyə, mənim ailəm, xoşbəxt həyatım, sağlamlığım, sənətim, istedadım mənim üçün Allahın hədiyyəsidir.Başqa heç nə istəmirəm... Təki hamı mənim kimi xoşbəxt olsun!"

Biz də Oxumeni.az"Oxu məni" qəzetinin əməkdaşları adından Rəşad Dağlını təbrik edirik, hər zaman parıldamasını arzulayırıq!

Günel Həbib

O.M.