İlhamə Quliyevanın gəlini toyundan qabaq hamilə imiş...

İlhamə Quliyevanın gəlini toyundan qabaq hamilə imiş...

20 Aprel 2013 14:24
Bəyəndim (0) Bəyənmədim (0)
Gəlinin belində qırmızı lent də görünmür

Xalq artisti İlhamə Quliyeva dünən toyunu etdiyi gəlini hamilə imiş. Orxan və Arifə hələ bir neçə ay əvvəl İlhamə xanımın icazəsi olmadan evləniblər və Arifə artıq hamilədir.Hətta deyilənə görə, qız toyu və oğlan toyu da olub. Həmin toylarda sadəcə qohum-əqrəba, qonum-qonşu iştirak edib. İlhamə Quliyevanın dünən təmtəraqla çaldırdığı toy isə sırf ictimaiyyət üçün nəzərdə tutulub.Eyni zamanda da dünənki toyda çəkilmiş fotolarda gəlinin belində qırmızı lent görmürük. Bu da danışılanların doğruluğuna əsas verir.Deyilənə görə, qız Lider TV-nin "Kim,harada,necə?" verilişinin aparıcılarından birinin bacısıdır.

Xatırladaq ki, İlhamə Quliyeva mart ayının əvvəllərində Heydər Əliyev Sarayındakı konsertlərin birinə oğlu Orxan və gəlini Arifə ilə qatılmışdı. Elə həmin konsertdə də Arifəni ilk dəfə mediaya təqdim etmişdi. O vaxt çəkilən kadrlarda da Arifənin hamilə olduğu gözə çarpır.

/anspress/

O.M.