Hicaba üz tutan müğənni toylara getməyəcək

Hicaba üz tutan müğənni toylara getməyəcək

20 Aprel 2013 11:33
Bəyəndim (0) Bəyənmədim (0)

Bu yaxınlarda hicab bağlayan müğənni Xuraman Şuşalı biznes-ledi olub. O, milli xınayaxdı evi açmaq qərarına gəlib. Bundan sonra toy məclislərinə getməyəcəyini bildirən müğənni çoxdankı arzusunu həyata keçirib: "Həmişə arzulayırdım ki, xına mərasimlərini bəzəyəcək bir mərkəz açım. İllərdir bu işlə bağlı əşyalar toplayıram. İstəyirəm hər şey qədim, milli üslubda olsun.Xına mərasimlərini həm bəzəyəcəm, həm də aparıcılığını edəcəm. Mağazamda 1882-ci ilə aid samovar belə var. Mənim xına evim digərlərindən çox fərqlənəcək".

O.M.