Rəqqasə yayılmış söz-söhbətə münasibət bildirdi

Rəqqasə yayılmış söz-söhbətə münasibət bildirdi

19 Aprel 2013 09:46
Bəyəndim (0) Bəyənmədim (0)

Rəqqasə Fatimə qəzəblənib. O, Moskvada el məclislərinin birində ("Zita və Gita" hind filmindən) Gitanın sərxoş vəziyyətdə mahnı oxuduğu səhnəni canlandırmasından sonra yayılan söz-söhbətlərə münasibət bildirib : "Mən rəqqasəyəm. Səhnədə hər hansı bir obrazı canlandıra, oynaya bilərəm. Mənim el məclisində və ya hər hansı bir səhnədə sərxoş obrazını canlandırmağım, mənim də sərxoş olduğum anlamına gəlmir. Niyə bəzi insanlar hər şeydən şou düzəltmək istəyirlər? Haqqımda boş – boş danışanlar bilsinlər ki, mən məşədi xanımam. Tanıyanlar da bilir ki, içən deyiləm. Məni kiminləsə səhv salmasınlar" deyə rəqqasə əlavə edib.

O.M.