Xoşqədəm Hidayətqızı toyda zarafata məruz qalıb

Xoşqədəm Hidayətqızı toyda zarafata məruz qalıb

18 Aprel 2013 14:54
Bəyəndim (0) Bəyənmədim (0)
Toyun sahibi bəzi KİV-lərə ultimatum yolladı

Qafqazinfo.az-ın məlumatına görə, Xoşqədəm Hidayətqızı və komandasının toyunda döyüldüyü iddia edilən prodüser danışdı. Toyu olan Fərhad bəy məsələ ilə bağlı "Qafqazinfo"ya açıqlama verib: "Bu həqiqətə uyğun olmayan xəbərdir. Toyda belə bir hadisə baş verməyib. "Səni axtarıram"ın kollektivi axıra qədər toyda iştirak edib və heç bir dava olmayıb. Bu xəbəri yayanları məhkəməyə verəcəyəm. Xoşqədəm Hidayətqızı da, mənim atam da Kəlbəcərdəndir. Ona görə də bizim ailə yaxınlığımız var və Xoşqədəm xanım zala daxil olanda alqışlarla qarşılandı. Mən bununla bağlı görüntülər də təqdim edə bilərəm. Mənim toyum üçün əvvəlcədən ssenari hazırlanıb və toy axıra qədər də həmin ssenari ilə davam edib. Ora çıxan uşaqdan da, zarafatdan da mənim əvvəlcədən xəbərim olub". Fərhad onu da bildirib ki, toyda sözügedən zarafat olub və hər kəs də bunun zarafat olduğunu bilib. Prodüsser həmçinin bildirib ki, davanın olduğunu iddia edən media qurumları videogörüntülər təqdim etməsə, o zaman məhkəməyə müraciət edəcək.

O.M.