VİDEO: A.Kazımova: "Brilliant Türkiyədə heç nəyə nail ola bilməyib"

VİDEO: A.Kazımova: "Brilliant Türkiyədə heç nəyə nail ola bilməyib"

18 Aprel 2013 13:59
Bəyəndim (0) Bəyənmədim (0)
Müğənninin mətbuat katibi: "Bu söz şişirdilməməlidir"

Xalq artisti Aygün Kazımovanın digər xalq artisti Brilliant Dadaşova haqqında səsləndirdiyi fikirlər qalmaqala səbəb olub. Kazımovanın mətbuat xidməti məsələnin şişirdilməməsi üçün həmin açıqlamanın videoçarxını təqdim edib: "Hörmətli media nümayəndələri, dünən xəbər yaydığımız kimi, ATV-nin "Gün Keçir" verilişində qonaq olan Aygün Kazımovanın Brilliant Dadaşovaya cavab olaraq dediyi ifadələr təəssüf ki, bəzi internet portallarında təhrif olunmuş tərzdə oxuculara təqdim olunub. Ona görə də obyektiv, qərəzsiz KİV-lərə müraciət edib xahiş edirik ki, həmin danışığı olduğu kimi oxuculara təqdim etsinlər".

O.M.